Vyetnam son 26 aydan sonra Azərbaycandan xam neft alışını bərpa edib.
Banker.az xəbər verir ki, Cənub-Şərqi Asiya ölkəsi 2024-cü ilin dekabrında Azərbaycandan 138.5 min ton həcmində xam neft alıb.
Xam neftin satış dəyəri ümumilikdə $77.9 milyon ABŞ dolları təşkil edir. Sonuncu dəfə Vyetnam Azərbaycandan 2023-cü ilin oktyabrında xam neft almışdı.
Qeyd edək ki, həmin coğrafiyada keçən il ümumilikdə Azərbaycan Tailanda 377 min ton, İndoneziyaya 311 min ton xam neft satıb.
Öncəki illərdə Malayziya, Sinqapur, Çinin əyaləti kimi tanınan Tayvan Azərbaycandan xam neft alsalar da, alış olmayıb.