Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ildə 328.9 milyon manatlıq məhsul istehsal olunub.
Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə elektrik avadanlıqlarının istehsalı 32.8%, kompüter, elektron və optik məhsulların istehsalı isə 4.7% artıb.
Dövr ərzində əvvəlki illə müqayisədə ölçmə cihazlarının istehsalı 2,1 dəfə, güc transformatorlarının istehsalı 40.8% artıb.
2024-cü ildə Azərbaycanda 6 056 ədəd stolüstü kompüter və 26716 ədəd noutbuk istehsal edilib ki, bu da müvafiq olaraq 49.2% və 16.3% artım deməkdir.