Bakıda yeni “Lada” satışa çıxarılıb. Söhbət “LADA Vesta” avtomobilindən gedir. Rus avtomobillərinin rəsmi idxalçısı “Xəzər Lada” şirkətinndən verilən məlumata görə, ilkin olaraq 40 ədəd yeni “Lada” Bakıda satışa çıxarılıb.
Mexaniki sürət qutulu avtomobil 1.6l mühərriklə 106 at gücündədir. Avtomobilin qarışıq yanacaq sərfiyyatı 6,9 litr təşkil edir. Avtomobilin qiyməti isə opsiyalardan aslı olaraq 15 000-15 500 manat arasında dəyişir. Şirkətdən verilən məlumata görə, aprel ayının əvvəlində isə “Lada” “Cip”i olan “X-RAY” satışa çıxarılacaq. Qiymətlər isə hələlik dəqiqləşdirilməyib.
fins.az







