Martın 29-dan aprelin 3-dək Gürcüstanın Muxtar Respublikası olan Acarıstanın bütün istehlakçıları üçün qaz tədarükü dayandırılacaq.
SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin yaydığı məlumatda deyilir ki, buna səbəb Kobuleti-Batumi magistral avtomobil yolunda aparılan təmir işləridir:
“Yerdəyişmə işləri eyni vaxtda tikilməkdə olan avtomagistralın və magistral qaz boru kəmərinin 6 məntəqəsində həyata keçiriləcək. SOCAR “Georgia Gas” abonentlərindən üzr istəyir. Əhalidən olduqca diqqətli olmağı xahiş edirik. Bu müddət ərzində regional ofislərimiz 24 saatlıq rejimdə çalışacaq”, – deyə məlumatda qeyd olunub.
AzVision