10 C
Baku
Thursday, January 30, 2025

Dövlət Neft Fondu keçən il 45 tona yaxın qızıl alıb

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırmaqla ümumi həcmi 146.6 tona (5 171.17 troy unsiya ) qədər yüksəlib. Halbu ki, bu keçən ilin 1 oktyabrında 127 ton idi.

Banker.az ARDNF-ə istinadən xəbər verir ki, 2024-cü ildə Fondun investisiya portfelinin 12 milyard 354.6 milyon dollarlıq hissəsini (20.6%) qızıl investisiyaları təşkil edib. Hazırkı spot qiymətlə götürdükdə ARDNF-in qızıl portfelinin dəyəri 14.25 mlrd. dollar təşkil edir.

Bununla da ARDNF 2024-cü ildə 44.8 ton qızıl alıb.

ARDNF ötən ilin son rübündə “qeyri-meəyyənliklərdən” qorunmaq üçün 19.6 ton qızıl alıb. Belə ki, oktyabr 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı  təşkil etdiyi halda bu il yanvarın 1-nə bu rəqəm .

Fondun icraçı direktoru İsrafil Məmmədov bildirmişdi ki, ötən il Fond öz portfelində sığorta rolunu oynayan qızılın çəkisini artırıb və bununla bağlı ilin ilk 9 ayında 25 tondan çox qızıl alınıb.

Dünyada bu sarı metala tələb ABŞ Federal Ehtiyat Sistemi,onunla paralel digər iri inkişaf etmiş ölkələrin mərkəzi banklarının faizləri endirməsi və geosiyasi risklərdən dolayı yüksəlməkdədir. Faizlər endikdə geosiyasi risklər fonunda qızıl fiyat puldan daha cəlbedicidir. Bu həm fyuçers, həm də spot qiymətlərdə açıq büruzə verir. Qiymətlər cari ildə 2000 dollar/unsiyadan 2700 dollar/unsiyaya qalxmaqla indiyə qədər olmadığı zirvəni fəth edib.

Xatırladaq ki, ölkə bu ilin aprelindən qızıl almağa başlayıb və həcmlər aydan-aya yüksəlib. Həmin tarixdən noyabra qədər ümumilikdə 34 083 kq qızıl alınıb və buna görə ölkəni 2.714 milyard dollar tərk edib.

Son xəbərlər
Digər xəbərlər