ABŞ-nin Federal Ehtiyat Sistemi gözlənildiyi kimi uot faiz dərəcəsini 4.25%-4.50% aralığında sabit saxladı.
Banker.az xəbər verir ki, qərar bazar və analitiklərin gözləntiləri ilə üst-üstə düşdü. ‘FedWatch’ alətinə görə, qərardan əvvəl bu ssenarinin ehtimalı 99,5% qiymətləndirilirdi. Qalan 0,5% isə faiz dərəcəsinin 25 bənd azalmasına aid idi.
Faiz dərəcəsinin dəyişməz qalmasının inflyasiyanın azalması və prezident Donald Trampın siyasətinin iqtisadiyyata təsirinin qiymətləndirilməsi üçün daha çox vaxt verəcəyi gözlənilir.
Bu, ardıcıl üç iclasda faiz endirimindən sonra ilk dəfə dərəcənin dəyişməz qalmasıdır. Sentyabrda faiz 50 bənd, noyabr və dekabrda isə 25 bənd azaldılmışdı.
Növbəti faiz iclası 18-19 mart tarixlərində keçiriləcək. FED, həmçinin yenilənmiş makroiqtisadi proqnozları təqdim edəcək.