12 C
Baku
Friday, January 31, 2025

Tramp deyir ki, BRICS ölkələrinin dolları əvəz etmək şansı yoxdur

ABŞ Prezidenti Donald Tramp bildirib ki, BRICS ölkələrinin ABŞ dollarını əvəz etmək şansı yoxdur.

“Truth Social” sosial media platformasında Braziliya, Rusiya, Hindistan, Cənubi Afrika və Çinin iqtisadi ittifaqına toxunan Donald Tramp vurğulayıb: “”BRICS ölkələrinin dollardan uzaqlaşmağa çalışdığı, bizim isə dayanıb bunu seyr etdiyimiz dövr bitdi! ABŞ-a “düşmən kimi görünən” BRICS ölkələri nə yeni valyuta yaradacaq, nə də dolları əvəz edəcək başqa valyutanı dəstəkləməyəcək, əks halda onlara qarşı 100 faizlik tariflər tətbiq ediləcək. Onlar soymaq üçün başqa bir millət tapa bilərlər. BRICS-in beynəlxalq ticarətdə və ya başqa sahədə ABŞ dollarını əvəz etməsi şansı yoxdur, buna cəhd edən hər hansı bir ölkə tarifləri qəbul etməli və Amerika ilə vidalaşmalıdır!”

Xatırladaq ki, BRICS üzvləri son illərdə Ukraynada genişmiqyaslı müharibəyə başlayan Rusiyaya qarşı ABŞ-ın 2022-ci ildə sanksiyalar tətbiq etməsindən sonra müzakirələrin intensivləşməsi fonunda dollardan başqa valyutaya keçidi müzakirə ediblər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər