Hər iki ölkə ikitərəfli səviyyədə iddialardan tamamilə imtina edərsə, Ermənistan Azərbaycana qarşı beynəlxalq səviyyədəki iddialarını qarşılıqlı şəkildə geri götürə bilər.
Bunu keçirdiyi mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz təkcə beynəlxalq instansiyalardan iddiaları geri götürməyimizə deyil, ümumiyyətlə bu mübahisələrdən imtina etdiyimizə əmin olmalıyıq”, – Paşinyan qeyd edib.