9 C
Baku
Friday, January 31, 2025

Azərbaycanda turizm gəlirləri 1,2 mlrd. dollara çata bilər

Bu il Azərbaycanda turizm sektorunun (ictimai iaşə daxil deyil) gəlirlərinin 1,03 milyard ABŞ dollarına çatacağı gözlənilir.

Bu barədə “Statista” portalının proqnozunda bildirilib.

Hesablamalara görə, 2025-2029-cu illərdə sektorda illik artım sürəti 4,05% təşkil edəcək. Nəticədə 2029-cu ildə sektorun həcmi 1,2 milyard ABŞ dollarına çatacaq.

Cari ildə ölkənin turizm sektorunun ən mühüm seqmenti 546,1 milyon ABŞ dolları bazar həcmi ilə hotelçilik sənayesi olacaq.

2029-cu ilə qədər Azərbaycanın turizm bazarında ümumi gəlirlərin 74%-nin onlayn satışlardan əldə ediləcəyi proqnozlaşdırılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər