Qəbələ rayonun Vəndam kəndəki olan ətlik-südlük heyvandarlıq kompleksi 17.2 milyon manata satılır.
Banker.az-ın əldə etdiyi məlumata görə, əmlak kompleksi 20 hektar ərazini əhatə edir.
Hərracın keçirildiyi sayta bildirilir ki, əmlak yarı təmirlidir.
Bildirək ki, “Qəbələ-Aqro Kompleks” MMC tərəfindən rayonun Vəndam qəsəbəsində yaradılıb, 620 başlıq müasir ətlik-südlük heyvandarlıq kompleksi idi.
Hərracda iştirak haqqı 860 min manatdır.