2024-cü ilin yanvar-dekabr aylarında 94.1 milyon ABŞ dolları məbləğində elektrik enerjisi ixrac edilib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar buraxılışında qeyd olunub.
2023-cü ilin eyni aylarında ixrac edilən enerjinin dəyəri 402.5 milyon ABŞ dolları təşkil edib.
Belə ki, illik müqayisədə elektrik enerjisinin ixracından gəlir 4.3 dəfə azalıb.