2024-cü ildə memekoinlər və süni intellektlə əlaqəli aktivlər investorlara ən çox qazanc gətirib. Bununla belə, kriptovalyutaların populyarlaşmasının əsas drayveri stabilkoinlər olub. İndi onlardan təkcə pərakəndə investorlar deyil, həm də bir çox maliyyə institutları istifadə edir.
“PayPal” biznes əməliyyatları üçün öz steyblkoinindən istifadə etməyə başlayandan sonra digər şirkətlər də bu tendensiyanı davam etdirib. Məsələn, “Stripe” steyblkoin emissiyası platformasını alıb, “Ripple” RLUSD-ni işə salıb, “Robinhood”, “Kraken” və “Galaxy” isə qlobal steyblkoin şəbəkəsi yaratmaq üçün birləşib.
Bu tendensiya populyarlaşmağa davam edir, belə ki, “Revolut” də öz steyblkoinini inkişaf etdirməyi düşünür. 2024-cü ildə steyblkoinlərin təklifi 59% artaraq ABŞ dolları təklifinin 1%-nə çatıb. Eyni zamanda, kriptovalyutaların ümumi kapitallaşmasında onların payı 13.5% azalıb.
2024-cü ildə steyblkoinlərdən istifadə etməklə həyata keçirilən əməliyyatların həcmi 27.6 trilyon dollara çatıb ki, bu da “Visa” və “Mastercard” sistemlərində aparılan əməliyyatların ümumi həcmindən 7.7% çoxdur. “Solana” və “Base” şəbəkələrində əməliyyatların 98%-i botlardan istifadə etməklə həyata keçirilib.
“Ethereum” və “Tron” blokçeynləri steyblkoin bazarında üstünlük təşkil etməyə davam edib, lakin onların payı 90%-dən 83%-ə düşüb. 2024-cü ildə steyblkoinlərin orta gündəlik ticarət həcmi 237% artıb. Orta hesabla USDT bütün steyblkoin ticarət həcminin 79.7%-ni təşkil edib.