7 C
Baku
Wednesday, February 5, 2025

İspaniyada iş saatı azaldılıb

İspaniyada həftəlik iş saatı 40-dan 37,5 saata endirilib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, işəgötürənlərin müqavimətinə baxmayaraq, qərar Nazirlər Kabinetinin fevralın 4-də keçirilən iclasında qəbul edilib.

Qərarın gündə yarım saat az işləyəcək ispanların maaşlarına heç bir təsirinin olmayacağı bildirilib.

İspaniya Baş nazirinin müavini Yolanda Dias bu qərarın İspaniyanın modernləşməsinə töhfə verəcəyini deyib.

Son xəbərlər
Digər xəbərlər