7 C
Baku
Thursday, February 6, 2025

Kolleclərdə müəllimlik ixtisası ləğv olunacaq

Kolleclərdə müəllimlik ixtisası tədricən ləğv ediləcək.

Bunu AzTV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq: “Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri yalnız ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə daha çox ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır”.

E. Əmrullayev əlavə edib ki, kolleclərdə ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq: “Burada iki məsələ var, müəllim sayı önəmlidir. Biz nə qədər müəllimi qəbul edirik və nə qədər müəllimə ehtiyac var? Zərurətdən 20-30 faiz çox qəbul planı olur. Çünki bütün müəllimlik ixtisasını bitirənlər müəllim işləmirlər. Hesab edirəm ki, sayları azaltmaqla müəllim ixtisası daha rəqabətli olacaq”.

Son xəbərlər
Digər xəbərlər