Qazaxıstan mayın 27-dən etibarən Budapeştə yeni hava marşrutu açacaq.
Bununla bağlı “Kazinform” agentliyi məlumat yayıb. Bildirilib ki, ölkənin SCAT aviadaşıyıcısı Qazaxıstandan Macarıstanın paytaxtı Budapeştə həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri Boeing 737 təyyarələri ilə uçuşlar həyata keçirəcək.
Qazaxıstan Nəqliyyat Nazirliyi yeni reysin Qazaxıstan və Macarıstan arasında ticarət-iqtisadi, biznes və turizm əməkdaşlığının daha da inkişafına töhfə verəcəyini bildirib.