7 C
Baku
Thursday, February 6, 2025

ING: Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsi sürətlənəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) 12 mart tarixində keçiriləcək növbəti İdarə Heyətinin iclasında uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 7,5 %-ə çatdıracaq.

Bu barədə Niderlandın “ING Group”una istinadən xəbər verilir.

Qrupun proqnozlarına əsasən, AMB uçot dərəcəsini 2026-cı ilin üçüncü rübünə qədər 7,5 % səviyyəsində saxlayacaq. Daha sonra, 2026-cı ilin üçüncü rübündə dərəcənin 7,75 %-ə, dördüncü rübdə isə 8 %-ə yüksələcəyi gözlənilir.

Bundan əvvəl ING pul-kredit siyasətinin sərtləşməsinin 2026-ci ilin üçüncü rübündən başlayaraq uçot dərəcəsinin 7,5 %-ə, dördüncü rübdə isə 7,75 %-ə qədər artırılacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, AMB cari ilin 22 yanvar tarixində uçot dərəcəsini 7,25 % səviyyəsində dəyişməz saxlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər