7 C
Baku
Friday, February 7, 2025

ABŞ USAID işçilərinin 90%-dən çoxunu ixtisar edir

Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işçilərini kəskin şəkildə ixtisar etməyi planlaşdırır. Hazırda agentlikdə 10 mindən çox işçi çalışır, lakin yalnız 294 nəfər öz vəzifələrini qoruyub saxlayacaq, “Reuters” yazır.

Bildirilir ki, USAID-in Afrika bürosunda cəmi 12, Asiya bürosunda isə 8 əməkdaşı qalacaq. USAID-in keçmiş administratoru Brayan Atvudun fikrincə, işçilərin kütləvi ixtisarı “dünyada on milyonlarla insanın ölümdən xilas edilməsinə kömək edən agentliyi faktiki olaraq məhv edəcək”.

USAID 1961-ci ildə digər ölkələrə humanitar yardım göstərmək üçün yaradılıb. Yanvarın 20-də cənab Tramp USAID-in təşəbbüsünün 90 gün müddətinə dondurulduğunu elan edib. Fevralın 3-də ABŞ prezidenti dövlət katibi Marko Rubionu USAID-in inzibatçısı vəzifəsini müvəqqəti icra edən təyin edib. O, agentliyi yardımın maliyyələşdirilməsinə qoyulan qadağanı pozmaqda ittiham edib.

Son xəbərlər
Digər xəbərlər