Keçən il Azərbaycanda yanacaq doldurma məntəqələri benzin və dizel satışından 2 milyard 934.62 milyon manat gəlir əldə edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 276.13 milyon manat və ya 10.4 faiz artımdır. 2023-cü ildə avtomobil yanacağının pərakəndə ticarət həcmi 2 milyard 658.48 milyon manat olacaq.
YDM-lər avtomobil sahiblərinə 2024-cü ildə 1 milyard 806.45 milyon manatlıq benzin, 1 milyard 128.16 milyon manatlıq dizel satıblar. Benzin satışları 2023-cü ildə 1 milyard 669.81 milyon manat, dizel isə 988.67 milyon manatlıq olmuşdu.