“ChatGPT” çat-botunu yaradan Amerikanın “OpenAI”şirkəti bu il süni intellekt (AI) texnologiyaları üçün ilk çipinin hazırlanmasını başa çatdırmağı planlaşdırır. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
İnkişaf mərhələsi başa çatdıqdan sonra şirkət çiplərini “Taiwan Semiconductor Manufacturing Co” zavodunda istehsal etməyi planlaşdırır. İlkin buraxılış problemsiz keçərsə, bu, tərtibatçıya öz AI çipini kütləvi istehsal etməyə, “Nvidia” çiplərinə alternativi sınaqdan keçirməyə və onlardan asılılığını azaltmağa imkan verəcək.
Beləliklə, “OpenAI” 2026-cı ildə süni intellekt çiplərinin kütləvi istehsalına başlamaq məqsədinə doğru irəliləyir.