3 C
Baku
Tuesday, February 11, 2025

Azərbaycanda un bahalaşdı

Azərbaycanda unun son topdansatış qiymətləri məlum olub.

Banker.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən bildirir ki, fevralın 10-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50-28.20 manat arasında dəyişir. Fevralın 6-da isə ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28.20 manat arasında olub.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl” MMC (26.50 manat), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik).

Xidmət eyni zamanda, un istehsalçılarının topdansatış məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair siyahını da yayıb.

Həmin siyahını təqdim edirik:

unn

Son xəbərlər
Digər xəbərlər