“FNC BOKT” QSC 2024-cü ili 1 milyon 972 min manat mənfəətlə başa vurub. 2023-cü ildə BOKT-un mənfəəti 105 147 manat olub ki, bu da illik müqayisədə mənfəətin 19 dəfəyə yaxın artması deməkdir.
Banker.az bu barədə BOKT-un audit hesabatına istinadən xəbər verir.
Ötən il “FNC BOKT”un faiz gəlirləri 2 milyon 593 min manat (əvvəlki ilə nisbətən 18.5 dəfə çox), faiz xərcləri isə 48 393 manat təşkil edib.
31 dekabr 2024-cü il tarixində “FNC BOKT”un cəmi aktivləri 4 dəfəyə yaxın artaraq 42 milyon 633 min manat olub. Bunun 42 milyon 505 min manatı müştərilərə verilmiş kreditlərdir.
Hesabat dövründə “FNC BOKT” QSC-nin cəmi öhdəlikləri 11 milyon 272 min manatdan 40 milyon 256 min manata, cəmi kapitalı 405 147 manatdan 2 milyon 377 min manata çatıb.
Xatırladaq ki, “FNC BOKT” QSC-nin minimal tələbə uyğun olaraq 300 min manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. BOKT-un qanuni təmsilçisi Ramiz Dadaşov Nazim oğludur.
FNC BOKT QSC AUDİT 2024 TİMP