6 C
Baku
Wednesday, February 12, 2025

“Apple” Çin bazarına süni intellekti gətirmək üçün “Alibaba” ilə əməkdaşlığa başlayıb

“Apple” korporasiyası Çində iPhone istifadəçiləri üçün süni intellekt funksiyalarını inkişaf etdirmək məqsədilə “Alibaba” şirkəti ilə əməkdaşlığa başlayıb. Bildirilir ki, şirkətlər öz ideya və təkliflərini Çin tənzimləyicisinə təqdim edib.

Xatırladaq ki, 2024-cü ildə “Apple” süni intellekt sahəsində inkişaf etmək üçün Çinin “Baidu” şirkəti ilə əməkdaşlıq etmək istəsə də, Çin texnologiya nəhənginin tərəqqisi “Apple”ın standartlarına cavab verməyib.

Eyni zamanda, iPhone istehsalçısı “Tencent”, “ByteDance”, “Alibaba” və “DeepSeek” kimi şirkətlərin süni intellekt modellərini nəzərdən keçirib. Lakin startapda təcrübəli kadrlar olmadığından tərəfdaşlıq mümkün olmayıb.

Nəhayət, seçim “Alibaba” üzərinə düşüb, çünki o, böyük təcrübəyə və müştəri bazasına malikdir. Qeyd edək ki, “Apple”ın Çin bazarı üçün buraxdığı cihazlarda süni intellekt funksiyalarının işləməsi çox vacib bir məsələdir. Belə ki, Çin şirkətin üçüncü ən böyük bazarıdır.

Xatırladaq ki, “Apple” özünün “Apple Intelligence” adlanan süni intellekt sistemini 2024-cü ilin yayında təqdim edib. ABŞ-də şirkət “OpenAI” ilə əməkdaşlıq edir.

Son xəbərlər
Digər xəbərlər