Çindən olan investor Azərbaycanda yeni şirkət təsis edib.
Banker.az xəbər verir ki, bu, “Sinoma Beijing Triumph Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkət Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Azadlıq pr., ev 64, M. 13 ünvanında qeydiyyata alınıb.
Qanuni təmsilçisi Syuy, Çzinlyan (Xu Jingliang) adlı Çin vətəndaşıdır. Şirkətin 1000 manat nizamnamə kapitalı var.