“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “SSAL-2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 11 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (qaz, su, elektrik ve zəif axın) işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 11 207 688 manatdır.