6 C
Baku
Thursday, February 13, 2025

“Nissan” və “Honda” birləşmə haqqında danışıqları dayandırıb

“Nissan” və “Honda” birləşmə haqqında danışıqları rəsmən dayandırıb. Xatırladaq ki, konsern rəhbərləri 2024-cü ilin sonunda birləşmək planlarını açıqlayıblar və fevrala qədər qərar qəbul etmək istəyirdilər.

Lakin şirkətlər şərtlərlə razılaşa bilməyib, bir-birlərinə qarşılıqlı iddialar irəli sürüblər. Qeyd edək ki, daha əvvəl “Honda” “Nissan”nı törəmə şirkətə çevirmək planlarını açıqlayıb.

Bu, “Nissan”ın xoşuna gəlməyib və danışıqların sonlandırılması üçün əsas olub. Mütəxəssislər vurğulayırlar ki, birləşmə baş tutduğu halda yeni şirkət “Toyota” və “Volkswagen”dən sonra avtomobil satışlarına görə dünyanın üçüncü ən böyük avtomobil qrupu ola bilər.

Son xəbərlər
Digər xəbərlər