6 C
Baku
Thursday, February 13, 2025

Azərbaycanın dövlət borcu ötən il ÜDM-in 21/7 %-ni təşkil edib

2025-ci il 01 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 27.380,2 milyon manat və ya 2024-cü il üzrə 126.337,0 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil edib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi dövlət borcunun 8.720,5 milyon manatı (5.129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18.659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.

Son xəbərlər
Digər xəbərlər