İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbir nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 458.110 vahid artıb.
Banker.az xəbər verir ki, 2025-ci il fevral ayının 1-nə 1.860.025 olub.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 430.225 vahid artaraq 970.147 təşkil edib.