Rusiyanın “Kompas” şirkətinin əməkdaşları ictimaiyyətə “CompasBP – FuelSpent” adlanan mobil əlavə təqdim ediblər.
Tərtibatçılar bildirib ki, bu əlavənin köməyi ilə avtomobil sahibləri yanacaq xərclərini və onun alınması üçün vəsaiti hesablaya biləcəklər. Artıq indidən bu əlavəni “”Apple Store” onlayn mağazasından yükləmək mümkündür.
Yanacağın dəqiq sərfiyyatını müəyyən etmək üçün əlavəyə odometrin dəqiq göstəricilərini, həmçinin doldurulan yanacağın həcmini və onun qiymətini qeyd etmək lazımdır. Xidmət isə istifadəçiyə ona lazım olan bütün məlumatları cədvəl və ya qrafik şəklində təqdim edəcək.
Lent.az