1 C
Baku
Saturday, February 22, 2025

“The Economist”: ABŞ və Rusiya müttəfiqliyi Avropanın ən pis kabusudur

“The Economist” jurnalı Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın yer aldığı yeni üz qabığını təqdim edib. Müvafiq məqalədə nəşrin redaksiyası Amerika liderinin vəzifəyə başladıqdan sonra hərəkətlərini qiymətləndirir və gələcək üçün proqnozlar verir.

5314621875743222944

“Avropanın ən pis kabusu Ukraynadan daha böyükdür. Tramp Rusiya prezidenti Vladimir Putini onilliklər boyu təcrid etmək siyasətinə son qoyaraq, reabilitasiya etmək niyyətindədir”, – “The Economist” yazır.

Jurnalistlər vurğulayırlar ki, Avropa yeni tendensiyalara uyğunlaşmalıdır. Avropa İttifaqı (Aİ) həmçinin Rusiya, Amerika və Ukrayna ilə məşğul olmaq üçün vahid nümayəndə seçməlidir.

Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Donald Tramp etiraf edib ki, bu görüşdən sonra o, Ukrayna ilə bağlı razılığa gəlməyə “daha inamlı” olub. Rusiya prezidenti Vladimir Putin də danışıqları yüksək qiymətləndirərək, onların effektivliyini qeyd edib.

Son xəbərlər
Digər xəbərlər