1 C
Baku
Saturday, February 22, 2025

ABŞ Konqresinə ölkənin BMT-dən çıxması haqqında qanun layihəsi təqdim edilib

ABŞ qanunvericiləri ölkənin BMT-dən çıxması prosesinə başlayıb. Respublikaçılar Konqresə Vaşinqtonun təşkilata üzvlüyünü və onun maliyyələşdirilməsini dayandırmaq üçün qanun layihəsi təqdim ediblər.

“Prezident ABŞ-nin BMT və onunla əlaqəli bütün orqanlarda, ixtisaslaşmış qurumlarda, komissiyalarda üzvlüyünə xitam verməlidir”, – sənəddə deyilir.

Qanun layihəsi həmçinin Senatın təsdiqi olmadan təşkilata yenidən qoşulmağın qadağan edilməsini nəzərdə tutulur. Bundan əlavə, qanun qəbul olunarsa, ABŞ BMT-nin sülhməramlı missiyalarında iştirak etməyəcək.

Qeyd edək ki, Donald Tramp vəzifəyə gəldikdən sonra ölkənin BMT-nin İnsan Haqları Şurasından çıxarılması barədə sərəncam imzalayıb. ABŞ prezidenti həmçinin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırıb.

Son xəbərlər
Digər xəbərlər