“Microsoft” korporasiyasının mütəxəssisləri videooyunların sınağı və optimallaşdırılması məqəsdilə xüsusi süni intellekt yaradıb.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, model WHAM adını alıb – abbreviaturanın azərbaycan dilində qarşılığı Dünya və İnsan Hərəkət Modelidir.
WHAM videooyunların qrafikasını generasiya edə, həmçinin oyunçunun hərəkətləri simulasiya edə və bütövlükdə oyun sessiyalarını işə sala bilir. Bu, süni intellekt videooyun sınaqlarında vaxta əhəmiyyətli dərəcədə qənaət etməyə kömək edir.
Süni intellektə 1,6 milyard parametr və oyun kontrolorunun 1 milyard təsvir və hərəkəti öyrədilib. Bu modelin oyun təcrübəsi yeddi il sərasər, fasiləsiz şəkildə videooyun oynayan xəyali bir geymerin təcrübəsinə bərabərdir.