Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gəlib.
Rusiya diplomatik missiyasının rəhbərinin təyyarəsi Türkiyə paytaxtı Ankaranın hava limanına enib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın daha əvvəl jurnalistlərə verdiyi məlumata əsasən, Türkiyədəki danışıqlar zamanı Sergey Lavrov beynəlxalq, regional və ikitərəfli gündəliyə dair geniş mövzuları müzakirə edəcək.