Avropa İttifaqı 16-cı sanksiya paketi çərçivəsində Rusiyanın 13 bankını SWIFT ödəniş sistemindən ayırıb. Xatırladaq ki, daha öncə Aİ-nin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib.
Verilən məlumata görə, yeni sanksiyalar paketi 13 banka, “kölgə donanmasının” 73 gəmisinə qarşı məhdudlaşdırıcı tədbirləri, habelə Rusiyadan alüminiumun idxalına qadağanı nəzərdə tutur.
Aİ Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistan da daxil olmaqla 53 şirkəti qara siyahıya salıb. Eyni zamanda, Rusiyaya neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edib.