Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Zəng Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Kreml qeyd edib ki, söhbət zamanı liderlər digər məsələlərlə yanaşı, ABŞ və Rusiya nümayəndə heyətlərinin Ər-Riyaddakı görüşünün nəticələrini də müzakirə ediblər.
Si Cinpin Putinə deyib ki, Rusiya və Çin bir-birini dəstəkləyən və ümumi inkişafa nail olan “yaxşı dost”dur. Pekin Rusiya və digər maraqlı tərəflərin Ukrayna böhranının həlli istiqamətində səylərini alqışlayır, Si Cinpin Putinə bildirib.
Fevralın 19-da Vladimir Putin fevralın 18-də Ər-Riyadda keçirilən danışıqların nəticələri barədə Çin də daxil olmaqla BRICS tərəfdaşlarını məlumatlandırmaq planlarını açıqlayıb. Çin Xarici İşlər Nazirliyi Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşünü şərh edərkən Pekinin Ukraynada sülhün bərqərar olması üçün istənilən səyləri dəstəklədiyini vurğulayıb.