0 C
Baku
Monday, February 24, 2025

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiya əleyhinə sanksiyaları 40 gəmi də daxil olmaqla 107 maddəyə qədər genişləndirib. Krallığın Xarici İşlər Nazirliyi bildirib ki, sanksiyalar altında Rusiya ilə əlaqəsi olduğu iddia edilən neft tankerlərinin sayı 133-ə çatıb.

Böyük Britaniyanın sanksiyaları S7 aviaşirkətinə və onun sahibi Vladislav Filevə, senator Arsen Kanokov, iş adamları Eduard Xudainatov, Mişel Litvak, “Forvard Enerqo” enerji şirkətinin baş direktoru Vyaçeslav Kojevnikov və “İrkutsk Neft Şirkəti”nin icraçı direktoru Nikolay Buinova təsir edib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer G7-nin onlayn sammitində bildirib ki, London Ukraynadakı döyüşlərin üçüncü ildönümü münasibətilə 24 fevral 2022-ci ildən bəri ən böyük sanksiyalar paketini təqdim edib.

Xatırladaq ki, bu gün, fevralın 24-də Avropa İttifaqı Rusiyaya qarşı 48 fiziki və 35 hüquqi şəxsin daxil olduğu 16-cı sanksiyalar paketini təsdiqləyib. Digər şeylər arasında, 13 Rusiya bankının SWIFT sisteminə girişi qadağan edilib.

Son xəbərlər
Digər xəbərlər