Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) hesabatına görə, “Tesla” yanvar ayında Avropada cəmi 9.9 min elektrikli avtomobil satıb. Xatırladaq ki, ötən il bu rəqəm 18.2 min olub. Beləliklə, yanvarda şirkətin satışları 45% azalıb, Avropada elektriklə işləyən avtomobillərin ümumi satışı isə 37% artıb.
Yanvarda Avropada 166 min yeni elektrik avtomobil qeydiyyatda alınıb. Satış artımı Fransa (-0.5%) istisna olmaqla, bütün əsas bazarlarda qeydə alınıb.
Aİ-də elektrikli avtomobillərin satışı 34% artsa da, onların bazar payı 2024-cü ilin yanvarında 10.9%-lə müqayisədə 15%-ə çatıb. Hibrid avtomobillərə gəlincə, onların satışı 18.4% artaraq 290 minə çatıb, bazar payı isə hazırda 34.9% təşkil edir. Eyni zamanda, Aİ-də benzinlə işləyən avtomobillərin satışı il ərzində 18.9%, dizellə işləyən avtomobillərin satışı isə 27% azalıb. Hal-hazırda benzin mühərrikli avtomobillər satışın cəmi 29.4%-ni təşkil edir, dizellə işləyən avtomobillərin bazardakı payı isə 10%-ə düşüb.