0 C
Baku
Tuesday, February 25, 2025

Almaniyada ÜDM azalıb

2024-cü ilin dördüncü rübündə Almaniyanın ümum daxili məhsulu (ÜDM) əvvəlki üç ayla müqayisədə 0,2 faiz azalıb.

Bu barədə ölkənin yerli KİV-ləri hesabat hazırlayıb.

Hesabata görə, Almaniyanın istehlak xərcləri oktyabr-dekabr aylarında öncəki rüblə müqayisədə 0,1 faiz, dövlət xərcləri isə 0,4 faiz artıb. Əsas kapitalda ümumi investisiyaların həcmi 0,4 faiz artıb.

Bununla yanaşı, ixrac həcmi dördüncü rübdə 2.2 faiz azalıb, idxal həcmi isə 0,5 faiz çoxalıb.

İllik ifadədə Almaniyanın ÜDM oktyabr-dekabr aylarında 0,2 faiz azalıb ki, bu da analitiklərin verdiyi proqnozlarla üst-üstə düşüb.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər