0 C
Baku
Wednesday, February 26, 2025

İlon Maskın sərvəti bir gündə $22 mlrd. azalıb

“Tesla”nın baş direktoru İlon Maskın sərvəti bir gündə 22.2 milyard dollar azalıb. Bunun səbəbi sərvətinin yarıdan çoxunu təşkil edən elektrik avtomobil istehsalçısı “Tesla”nın kotirovkalarının çökməsi olub.

Çərşənbə axşamı, fevralın 25-də “Tesla” səhmləri 8.4% ucuzlaşaraq 302.8 dollara, bazar kapitallaşması isə 1 trilyon dollardan aşağı düşüb ki, bu da son üç aylıq minimum göstəricidir. İlon Mask 419.4 milyard dollar sərvətlə supermilyarderlər sıralamasında birinci olub.

İtkilərə baxmayaraq, Mask hələ də dünyanın ən varlı adamları arasında birinci yerdədir. Amerikalı sahibkar həm də dünyanın müxtəlif ölkələrindən 24 nəfərin daxil olduğu “Altrata”nın supermilyarderlər siyahısına daxildir.

Qeyd edək ki, 24 supermilyarderin ümumi sərvəti təxminən 3.3 trilyon dollardır ki, bu da Fransanın nominal ÜDM-sinə bərabərdir. “Altrata” vurğulayır ki, 19-cu və 20-ci əsrin əvvəllərində ən varlı insanlar sənayeçilər idi, halbuki indiki supermilyarderlərin əksəriyyəti sərvətlərini texnologiya sənayesində qazanıb.

Son xəbərlər
Digər xəbərlər