3 C
Baku
Thursday, February 27, 2025

“Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer

Enerji Məsələlərini Tənzimləmə Agentliyində yeni təyinat olub.

Banker.az xəbər verir ki, Anar Əliyev Enerji Məsələlərini Tənzimləmə Agentliyində Enerji Səmərəliliyi departamentinin müdiri təyin olunub.

O, bu təyinata qədər “Rabitəbank” ASC-nin Risklərin İdarə Edilməsi Departamentinin direktoru idi.

2007-ci ildə əmək fəaliyyətinə “MuğanBank” ASC-nin “Qərb” filialında kredit mütəxəssisi olaraq başlayan A.Əliyev bir müddət sonra həmin şöbənin müdiri vəzifəsinə yüksəlmiş, daha sonra isə Risklərin İdarə Edilməsi, Maliyyə, Biznes Proseslərin İdarə Edilməsi kimi bir neçə departamentin direktoru və 2021-ci ildən isə Audit Komitəsinin sədri vəzifəsində çalışıb.

Anar Əliyev “Azərbaycan Dövlət İqtisad Universiteti”-nin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili almışdır. Bununla yanaşı, o, Auditorlar Palatası və GRBS tərəfindən “Mühasibat uçotu üzrə Milli sertifikat”, Wharton (University of Pennsylvania) tərəfindən təşkil edilmiş “Business Analytics” və Luksemburqda “Risk Management in Banking Foundation Level” sertifikatlarına yiyələnib.

Son xəbərlər
Digər xəbərlər