Azərbaycanda Rusiyada qeydiyyata alınan “Crocus Group”un 3 törəmə şirkəti ləğv edilir.
Banker.az xəbər verir ki, ləğv edilən şirkətlər “Krokus Azərbaycan” MMC, “Crocus İnteriors” MMC və “Crocus Audit” MMC-dir.
“Crocus İnteriors” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 60 manatdır və qanuni təmsilçisi Cəmilə Ağalarovadır.
2007-ci ildə dövlət qeydiyyatına alınan “Krokus Azərbaycan” MMC 50 manat nizamnamə kapitalına malikdir. Bu şirkətin də qanuni təmsilçisi Cəmilə Ağalarovadır.
500 manat nizamnamə kapitalı olan “Crocus Audit” MMC isə 2015-ci ildə yaradılıb, qanuni təmsilçisi Nurlan Orucovdur.
Onu da bildirək ki, “Crocus Group” azərbaycanlı iş adamı Araz Ağalarov və onun oğlu müğənni Eminə məxsusdur.