Cengiz Şeker “SOCAR Türkiyə”də İnformasiya və Texnologiyalar Qrupuna direktor təyin edilib.
Banker.az xəbər verir ki, Cengiz Şekerin IT sahəsində 20 ildən çox təcrübəsi var. O, 2017-ci ildən SOCAR Türkiyədə çalışır və şirkət daxilində müxtəlif rəhbər vəzifələrdə olub.
“SOCAR Türkiye” şirkətinə qoşulmazdan əvvəl “Allianz”, “VakıfBank”, “Anel Group” və digər şirkətlərdə mühüm IT layihələrini idarə edib.
Xatırladaq ki, “SOCAR Türkiye” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiye” qonşu ölkənin “Petkim Petrokimya Holding” – neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir. Türkiyədə şirkət həmçinin STAR neft emalı zavodu, konteyner terminalı, elektrik stansiyası tikib, həmçinin daxili bazara qaz tədarükü və Türkiyənin bir sıra iri şəhərlərindəki hava limanlarında təyyarələrin yanacaqdoldurma məntəqələrinə neft məhsulları tədarükü ilə məşğuldur.