3 C
Baku
Thursday, February 27, 2025

Steyblkoinlər ABŞ-də pul kütləsinin 1%-nə və ya 221 mlrd. dollara çatıb

Son bir il ərzində rəqəmsal aktivlər bazarında steyblkoinlərin tədarükü 100 milyard dollardan çox artaraq ABŞ-də pul kütləsinin 1%-nə və ya 221 milyard dollara çatıb. Onların populyarlığının artması, bu aktivi ənənəvi pul alətləri ilə müqayisə edilə bilən geniş praktik istifadə səviyyəsinə çatdırıb.

Bazarda təqdim olunan layihələrin müxtəlifliyinə baxmayaraq, ən böyük payı (təxminən 89%) iki nəhəng tutur: “Tether” (USDT) və “Circle” (USDC). Eyni zamanda, 2024-cü ildə USDT-nin ümumi payı 73%-dən 64%-ə qədər azalıb, USDC-nin payı isə 20%-dən 25%-ə yüksəlib.

İri emitent şirkətlərdən başqa “OurNetwork” mütəxəssisləri steyblkoin sektorunda yeni uğurlu oyunçular müəyyən ediblər. Bunlar bazarda mövqelərini gücləndirərək rəqabəti artıran “Ethena USDe” (5,9 milyard dollar) və “Usual USD0″dır (1,1 milyard dollar).

Bundan əvvəl “Spot On Chain” analitikləri məlumat vermişdilər ki, ilin əvvəlinə Amerikanın “Circle” şirkəti tərəfindən buraxılan USDC-nin həcmi 8 milyard steyblkoini ötüb. Potensial maneələrə baxmayaraq, steyblkoinlərin ABŞ-də pul kütləsinin 1%-lik həddini aşması, onların sürətli inkişafından və ənənəvi maliyyə alətləri ilə rəqabət qabiliyyətindən xəbər verir.

Son xəbərlər
Digər xəbərlər