2 C
Baku
Thursday, February 27, 2025

“Nvidia”nın illik xalis mənfəəti 145% artıb

Çip və digər yüksək texnologiyalı avadanlıq istehsalçısı Amerikanın “Nvidia” şirkəti yanvarın sonunda başa çatan maliyyə ili üzrə hesabatını təqdim edib. Məlumata görə, rüblük gəlir 78% artaraq 39.3 milyard dollar təşkil edib. Şirkətin illik gəliri 114% artaraq 130.5 milyard dollara, xalis mənfəəti isə 145% artaraq 72.9 milyard dollara çatıb.

Əvvəlki rüblərdə olduğu kimi, bu dəfə də “Nvidia”nın uğurlu nəticəsi AI çiplərinə davamlı tələbatla əlaqəli olub. Belə ki, şirkət qrafik prosessorlar sahəsində lider olaraq qalır. Yanvar-fevral aylarında Çinin “DeepSeek” şirkətinin yeni neyron şəbəkəsinin peyda olmasından sonra “Nvidia” səhmləri kəskin ucuzlaşıb. Bununla belə, “Nvidia” çiplərinə tələbat yüksək olaraq qalır.

“Əvvəlki rüblərdən fərqli olaraq, “DeepSeek” süni intellekt modelinin performansı ilə bağlı narahatlıqlar və “Blackwell” prosessorunun işə salınmasına görə skeptisizm daha da artıb. Lakin nəticələr bu şübhələri aradan qaldırıb”, – “eMarketer” analitiki Ceykob Born deyib. Şirkətin maliyyə nəticələrindən sonra “Nvidia” səhmləri 3.7% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər