Yaponiyada doğum səviyyəsi 1899-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. Belə ki, 2024-cü ildə ölkədə xarici vətəndaşların övladları da daxil olmaqla 720 988 uşaq dünyaya gəlib. Yaponiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, bu, əvvəlki illə müqayisədə 5% azdır.
Yaponiyada doğum rekordu 2.69 milyondan çox körpənin doğulduğu 1949-cu ildə qeydə alınıb. Lakin 1974-cü ildən bu rəqəm durmadan azalır. 2016-cı ildə Yaponiyada doğulanların sayı ildə 1 milyondan aşağı düşüb.
Doğum səviyyəsinin aşağı düşməsi fonunda ölüm nisbəti artır. Nazirliyin məlumatına görə, ölənlərin sayı 2023-cü illə müqayisədə 1.8% artıb və rekord 1.62 milyon nəfərə çatıb.