Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Xırdalan, Qazax və Bərdə şəhərlərində doqquzmərtəbəli binalarda ümumilikdə 200 lift quraşdırılacaq.
Bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahıda əksini tapıb.
Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı
|  
 №  | 
 
 Şəhərin adı  | 
Quraşdırılacaq liftlərin sayı | Ayrılmış vəsaitin məbləği
 (min manat)  | 
| 7 şəhər üzrə cəmi: | 200 | 9.940,0 | |
| o cümlədən: | |||
| 1. | Bakı | 141 | 7.007,7 | 
| 2. | Sumqayıt | 30 | 1.491,0 | 
| 3. | Naxçıvan | 11 | 546,7 | 
| 4. | Gəncə | 10 | 497,0 | 
| 5. | Xırdalan | 5 | 248,5 | 
| 6. | Qazax | 2 | 99,4 | 
| 7. | Bərdə | 1 | 49,7 | 


                                    





