5 C
Baku
Monday, March 3, 2025

“Atəşgah” Sığorta Şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb

“Atəşgah” Sığorta Şirkəti ASC-nin rəhbərlərindən biri sayılan Yekaterina Şebarova Alekseyevna vəzifəsini tərk edib.

Banker.az xəbər verir ki, Yekaterina Şebarova indiyə qədər sığorta şirkətinin Direktorlar Şurasında müstəqil üzv kimi təmsil olunurdu.

O, 2022-ci ilin ilk yarısından etibarən bu vəzifədə Vladimir Solovyovu əvəz edərək şirkətdə çalışırdı.

Sığorta şirkəti 1996-cı ildə yaradılıb və 5 008 500 manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 63%-i “İSR Holdinq”ə, 27%-i “Ran-Exim” şirkətinə, 10%-i isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Səhmdarlardan “Ran-Exim” şirkəti “Atəşgah Həyat Sığorta”nın 100%-lik səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər