5 C
Baku
Monday, March 3, 2025

SOCAR növbəti 10 ildə milli enerji şirkətinə çevrilməyi hədəfləyir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) milli enerji şirkətinə çevrilməyi hədəfləyir.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə SOCAR vitse-prezidentinin müavini Teymur Quliyev deyib.

Teymur Quliyev bildirib ki, bugün SOCAR daha çox ənənəvi neft və qaz şirkətidir: “Ancaq növbəti 10 ildə məqsəd qoymuşuq ki, SOCAR aparıcı milli enerji şirkətinə çevrilsin və 2050-ci ildə artıq yerli, regional deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən enerji şirkəti olsun. Bizim hədəflərimiz yalnız 2050-ə qədər deyil, ortamüddətli hədəflərimiz də var”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər