Şahin Babayevin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 3 mart 2025-ci il tarixdə sərəncam imzalayıb.
Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilsin.
Prezidentin yeni vəzifəyə təyin etdiyi Şahin Babayev kimdir?
Xatırladaq ki, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2024-cü ildə imzaladığı fərmana əsasən yaradılıb.
Bu Holdinq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsində və onların vahid şəkildə, mərkəzi bir qurumdan idarə edilməsinə xidmət edəcək.
Holdinqin nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.