5 C
Baku
Monday, March 3, 2025

Neftayırma Zavodu Bakıdan kənara köçürülür

“Neftayırma Zavodunun 2030-cu ilə qədər köçürülməsi nəzərdə tutulur”.

Bunu Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib.

“Neftayırma Zavodunun şəhər kənarına köçürülməsi məsələsi qaldırıldı. Bununla bağlı iki ssenari var: biri modernizasiya layihəsidir. Burada Zavodun köçürülməsi, yoxsa, ikinci faza istiqamətində inkişafı getməsinə baxılır. Hər iki ssenariyə baxılır. Biz yeni zavod tikəcəyiksə, 2030-31-ci ilə nəzərdə tutulur. Zavodun 2030-cu ilə qədər köçürülməsi nəzərdə tutulur.

Hamımız istərdik ki, hər kəs xoşbəxt yaşasın. Amma enerji resurslarının özünün hasilat xərcləri var. Bu da hələ ki, indiki tariflərlə üst-üstə düşür. “Azərişığ”ın bugünkü tariflərlə rentabellilik səviyyəsi çox aşağıdır. Niyə özəlləşdirməyə getmirik? Enerji tənzimləyicisi ilə bağlı yeni qanun layihəsi bu yaxınlarda parlamentə gələcək. Bizdə təxminən 2 geqabaytlıq layihələr var ki, bunlar hamısı xarici investorlardır. Daxili investorlar da layihələrə qoşulsa, özəlləşmə dərinləşəcək, rəqabət mühiti güclənəcək. Nəticədə də tariflərin qiymətlərində də optimallaşma həyata keçəcək”, – deyə Elşən Hacızadə bildirib.

Son xəbərlər
Digər xəbərlər