OPEC+ üzvü olan səkkiz ölkə qlobal xammal bazarındakı vəziyyəti onlayn müzakirə edib. Danışıqlardan sonra onlar təsdiqləyiblər ki, aprelin 1-dən neft hasilatının mərhələli artırılmasına başlanılacaq. Bildirilir ki, istehsal həcmi gündə 2.2 milyon barel (bpd) təşkil edəcək.
OPEC+ üzvləri həmçinin 2024-cü ilin yanvar ayından hasil edilən neft məhsullarının artıq həcmini kompensasiya etməyə razılaşıblar. Təşəbbüs 2026-cı ilin iyun ayına qədər tam şəkildə həyata keçirilməlidir.
Xatırladaq ki, daha əvvəl OPEC+ ölkələri könüllü olaraq neft hasilatını sutkada 1.65 milyon barel azaldıb. Ümumilikdə, OPEC+ sazişində iştirak edən ölkələr yanvarda sutkada 21.23 milyon barel neft hasil edib.